Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa İttifaqını Talibanla danışıqlar aparmağa çağırıb.
SİA "TASS"a istinadən verdiyi xəbərə görə, bunu o, Fransanın "Le Journal du Dimanche" həftəlik qəzetində bazar günü dərc olunan müsahibəsində bildirib.
Borrell bildirib ki: "Taliban indi qaçılmaz həmsöhbətə çevrilir. Kabildə varlığımızı təmin etməliyik və digər güclər tərəfindən kənara atılmamağa çalışmalıyıq".
Aİ diplomatiyasının rəhbəri bildirib ki: "Əfqanıstanda baş verənlərin əfqanlar üçün faciə və Qərb üçün əsl uğursuzluq olub. Bu, beynəlxalq qüvvələr balansında güclü dəyişikliklər yaradacaq, buna görə də belə vəziyyətin digər ölkələrdə təkrarlanmaması üçün bütün lazımi nəticələr çıxarılmalıdır".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...