PDF Oxu

Dünya

  • 2 457

Bir sıra ölkələr Əfqanıstan hökumətinin andiçmə mərasiminə dəvət edilib

Bir sıra ölkələr Əfqanıstan hökumətinin andiçmə mərasiminə dəvət edilib

Əfqanıstanda 11 sentyabrda keçiriləcək yeni hökumətin andiçmə mərasiminə Rusiya, Çin, Qətər, Türkiyə, Pakistan və İran dəvət olunub. SİA xəbər verir ki, bu barədə RİA Novosti, Taliban mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, daha sonra digər ölkələrə də dəvətnamələr göndərilə bilər.

Qeyd olunur ki, Taliban, yeni Nazirlər Kabinetinin inaqurasiyasını şənbə gününə, 11 sentyabr tarixinə - Nyu York və Vaşinqtonda törədilən terror aktlarının 20 -ci ildönümü gününə təyin edib.

Federasiya Şurasının sədri Valentina Matvienko mərasimə qatılmayacağını söyləyib.

"Xeyr, mən Rusiyanı təmsil etmək üçün ora getməyəcəyəm. Çox güman ki, hamısı səfirlər səviyyəsində olacaq", deyə senator bildirib.

Xatırladaq ki, 11 sentyabr 2001 -ci il tarixində terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə məhv edib. Terrorçuların nəzarətində olan daha bir təyyarə Vaşinqtonda Müdafiə Departamentinin binasının qərb qanadına çırpılıb.
Terrorçular tərəfindən qaçırılan dördüncü sərnişin təyyarəsi də Pensilvaniya ştatının Pittsburq şəhəri yaxınlığında qəzaya uğrayıb.

Rəsmi rəqəmlərə görə, nəticədə Nyu Yorkda 2749, Vaşinqtonda 189, Pensilvaniyada 44 nəfər ölüb.

Digər xəbərlər