Rusiyanın statistika idarəsinin 2021-ci ilin əvvəlinə olan məlumata görə, 180-dən çox millətin nümayəndələrinin təmsil olunduğu bu ölkədə Krım da daxil olmaqla 146 milyondan çox insanın yaşadığı təxmin edilir. SİA xəbər verir ki, miqrantlar istisna olmaqla müsəlmanlar Rusiya əhalisinin təxminən 10 faizini təşkil edir.
Rusiyanın 85 vilayətinin 72-də yerli əhalinin əksəriyyətini ruslar təşkil edir, 13-də isə rusların sayı 50%-i keçmir. Demək olar ki, tamamilə slavyanların yaşadığı ən mono-milli bölgələr (sayları 96%-dən çox) Voloqda, Tambov və Bryanskdır.
Rusların 50 faizdən az yaşadığı bölgələr arasında Həştərxan vilayətini misal göstərmək olar. Burada qazaxlar çoxluq təşkil edirlər. Bu da səbəbsiz deyil, çünki, Həştərxanın yerləşdiyi ərazilərdə mövcud olmuş Saray şəhəri tarixən Qızıl-Ordanın paytaxtı olub. Burada həmçinin tatarların sayı az deyil. Rusların ən az yaşadığı bölgələrdən Yəhudi Muxtar Vilayətini (1%) və Kareliya Respublikasının adını çəkmək olar(kareliyalılar + finlilər 9%). 1990-cı illərin sonlarında bu respublikaların əhalisinin əksəriyyəti iqtisadi cəhətdən inkişaf etmiş İsrailə və Finlandiyaya köçdülər.
Şimali Qafqaz respublikaları (> 1% ruslar)
Şimali Qafqazdakı ən böyük rus diasporası Qaraçay-Çərkəzdə yerləşir - bölgə əhalisinin təxminən 32%-i.
Tuva Respublikası (16%)
İndiyə qədər respublikada məişət səviyyəsində rusofobiya hökm sürür, yerli əhalinin yarısı rus dilini bilmir. Məsələn, yerli sakinlər sosial mediada tez-tez bütün çətinliklərin günahkarı kimi rusların adını çəkirlər. Digər bir səbəb tuvalılar arasında yüksək doğum nisbətidir.
Çuvaşiya Respublikası (27%)
Çuvaşlar türk xalqı olmasına baxmayaraq, əsas inancları xristianlıqdır. Bölgədə həm çuvaş, həm də rus dilindən aktiv istifadə olunur.
Kalmıkiya Respublikası (30%)
SSRİ dağıldıqdan sonra respublika özünü Rusiyanın Buddist mərkəzi kimi təqdim etməyə başlayıb. Burada Şərqi Çin üslubunda çoxlu dini binalar tikilir. Ayrıca, 90-cı illərdə bölgənin keçmiş başçısı və sahibkar Kirsan İlyumjinov sayəsində (City-Chess) şahmat paytaxtı olaraq tanındı.
Başqırdıstan Respublikası (36%)
Bölgənin iqtisadi vəziyyəti nisbətən əlverişlidir - iş yerləri təmin edən neft emalı, neft istehsalı, eləcə də maşınqayırma inkişaf edir.
Həmçinin, rusların 50%-dən azı Yakutiya, Tatarıstan və Mari El -də yaşayır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...