ölənlər və xəsarət alanlar var
Rusiyanın Lipetsk vilayətinin Yelets şəhəri yaxınlığında yaşayış binasında qaz sızması nəticəsində partlayış olub.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İkimərtəbəli evdə baş verən hadisə zamanı binanın divarı qismən çöküb. Partlayışdan sonra yanğın olmayıb.
Yaşayış binasında məişət qazının partlaması nəticəsində 6 nəfərin xəsarət aldığı deyilir.
“Solidarnost kəndində ikimərtəbəli yaşayış binasında məişət qazı partlayıb. İlkin məlumata görə, 6 nəfər yaralı halda çıxarılıb. Dörd nəfərin dağıntılar altında qaldığı ehtimal olunur, ola bilsin ki, onların arasında iki uşaq da var. Ölənlər haqqında məlumat hələlik daxil olmayıb”, - deyə bölgənin təcili tibbi yardım xidmətinin məlumatında qeyd olunub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...