Peru prokurorluğu keçmiş prezident Pablo Kuçinskini başqa bir keçmiş dövlət başçısı Alberto Fuximorini əfv edərkən korrupsiyaya yol verməkdə ittiham edib. SİA xəbər verir ki, bu barədə ölkənin Andina xəbər agentliyi məlumat yayıb.
"Prokuror Soraida Avalos, Pedro Pablo Kuçinskini ölkə prezidenti olaraq etdiyi hərəkətlərdə günahlandırıb. Daha dəqiq, 2017-ci ildə Alberto Fuximori impiçmentdən qaçmaq müqabilində əfv edilib", deyə agentlik xəbər verir.
Qeyd olunur ki, ölkə Konqresinə təqdim olunan sənədlərə görə, Kuçinski hökumət əleyhinə cinayətdə və rüşvət almaqda günahlandırılır.
Xatırladaq ki. 2017-ci ilin dekabr ayında korrupsiya ittihamı ilə 25 il həbs cəzasına məhkum edilmiş Fuximori, xəstəlik səbəbiylə Prezident Kuçinski tərəfindən əfv edilib. Ancaq 2018-ci ildə Peru Ali Məhkəməsi bu qərarı ləğv edib.
Kuçinski, həmçinin aktivlərin yuyulması ittihamı ilə ev dustağıdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...