Əfqanıstan, ölkənin səlahiyyətli orqanlarının çökməsi nəticəsində Talibanın əlinə keçib. SİA xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq New York Times-a müsahibəsində söyləyib.
"Siyasi və hərbi rəhbərliyin çöküşünün şahidi olduq, bu da sonradan Talibana qarşı bütün müdafiənin çökməsinə səbəb oldu", deyə NATO-nun baş katibi bildirib.
Eyni zamanda Stoltenberg, Əfqanıstanın süqutunun ABŞ və NATO-nun geri çəkilməsini sürətləndirib-sürətləndirməməsi sualının tədqiqatçılar tərəfindən həll edilməli olduğunu da qeyd edib.
"Mənim üçün əsas vəzifə terrorla mübarizədə əldə olunan uğurları qorumaq və insanları Əfqanıstandan çıxarmaqdır", deyə baş katib əlavə edib.
O, ABŞ-ın NATO müttəfiqləri ilə məsləhətləşərək qoşunlarını ölkədən çıxarmağa qərar verdiyini də vurğulayıb. Stoltenberqin dediyinə görə, ABŞ olmadan, ittifaqın digər üzvləri əməliyyatı davam etdirə bilməzlər. "Bu seçim qeyri -real idi", deyərək, o, bu vəziyyətdə Avropalıların Əfqanıstandakı qoşunlarını maliyyələşdirməsinin çətin olacağı fikrini də ifadə etdi.
Eyni zamanda, Stoltenberq etiraf edib ki, şəxsən "qəlbi qırılmış halda" Talibanın geri dönməsini izləyir". Baş katib qeyd edib ki, Qərbin müdaxiləsinin uğursuzluğu digər ölkələrdə hərbi güc və əməliyyatların tətbiqinə çox ciddi yanaşılması lazım olduğunu xatırlatmalıdır. Stoltenberqə görə, "Hərbi əməliyyata başlamaq onu bitirməkdən daha asandır". O, qeyd edib ki, tarixin öyrətdiyi dərs budur.
Xatırladaq ki, avqust ayında Taliban hökumət mövqelərinə sürətli bir hücum edib və Əfqanıstanın bütün bölgələrini ələ keçirib. Buna paralel olaraq, kontingent ABŞ tərəfindən respublikadan çıxarılıb. Sonuncu müqavimət ocağı Pançşir olub, lakin sentyabrın əvvəlində hərəkat üsyançılar üzərində qələbə qazandığını elan edib və həmin şəhəri də ələ keçirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...