PDF Oxu

Dünya

  • 2 327

250-dən çox xarici vətəndaş Kabili tərk edib ÜÇ GÜN ƏRZİNDƏ

250-dən çox xarici vətəndaş Kabili tərk edib ÜÇ GÜN ƏRZİNDƏ

Son üç gün ərzində 250-dən çox xarici vətəndaş Kabildən maneəsiz olaraq qaçıb. SİA xəbər verir ki, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bəyan edib və bu mövzuda Taliban əməkdaşlığını alqışladığını söyləyib.

"Son üç gün ərzində onlarla ABŞ vətəndaşı və daimi sakinləri də daxil olmaqla 250 -dən çox xarici ölkə vətəndaşı Kabulu Qətər uçuşları ilə maneəsiz tərk etdi ... Qətərə bu uçuşların təşkilinə kömək etdiyinə görə təşəkkür edirik və bu işdə Talibanın əməkdaşlığını alqışlayırıq. Bu vacib bir cəhddir", deyə Xəlilzad yazıb.

O, Birləşmiş Ştatların Amerika vətəndaşlarının, ölkəni tərk etmək istəyən digər xarici vətəndaşların və Əfqanıstanın təhlükəsiz keçməsini təmin etmək üçün Qətər hökuməti, Taliban və digərləri ilə işləməyə davam edəcəyini əlavə edib.

Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, 15 avqustda Kabilə girib və ertəsi gün müharibənin bitdiyini bildirib. Avqustun son iki həftəsində ABŞ ordusunun himayəsində olan Kabildəki hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən Əfqanların kütləvi şəkildə təxliyəsi olub. Avqustun 31-nə keçən gecə ABŞ ordusu Əfqanıstanda ABŞ-ın təxminən 20 illik mövcudluğuna son qoyub. Sentyabrın 6 -da Taliban 34 Əfqanıstan əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə öz nəzarətinə keçirdiyini açıqlayıb.

Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb. İlk Taliban idarəçiliyi dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001 -ci ildən BMT -nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund rəhbər seçilib.

Digər xəbərlər