Əfqanıstanla sərhəddə artan qeyri-sabitlik fonunda Rusiya müdafiə nazirliyi Tacikistan Silahlı Qüvvələrinə 12 ədəd modernləşdirilmiş BRDM-2 zirehli kəşfiyyat dozor maşını, atıcı silahlar, radiasiya, kimyəvi və bioloji mühafizə vasitələri təhvil verib. SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, Rusiya hərbi texnikasının təhvil verilməsi Tacikistanın Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının icrası çərçivəsində həyata keçirilib.
Daha əvvəl Tacikistandakı Rusiya bazasına 30 müasir tank veriləcəyi bildirilmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...