PDF Oxu

Dünya

  • 2 089

Etiraz aksiyasında gözyaşardıcı qazdan istifadə edilib PARİSDƏ

Etiraz aksiyasında gözyaşardıcı qazdan istifadə edilib PARİSDƏ

Parisdə sanitariya keçidlərinə görə keçirilən etiraz aksiyalarında nümayişçilərlə polis arasında toqquşmalar davam edir. SİA RİA Novosti müxbirinin yayımladığı məlumata istinadən xəbər verir ki, Fransa paytaxtının ikinci bölgəsindəki Puassonniyer Bulvarında üsyanlar yenidən canlanıb.

Aqressiv insanlar, hərəkət yolunda yerləşən kafelərin terraslarında düzülən hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə, zibil, stul atırlar. Hansısa bir anda hüquq-mühafizə orqanları əməkdaşları təxribatlara cavab olaraq gözyaşardıcı qazdan istifadə etməyə başlayıblar.

Xatırladaq ki, bu gün, şənbə günü Parisdə sanitariya keçidlərinə qarşı bir neçə nümayiş keçirilir. İnsanlar doqquzuncu dəfədir ki, ardıcıl olaraq şənbə günü bu tədbirin tətbiqinə etiraz edirlər.

Digər xəbərlər