Çinin Fuzyan əyalətində koronavirusun yeni növünə 6 yoluxma halı və 18 asimptomatik daşıyıcı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Koronavirusun yeni yayılma ocağı Putyan şəhərinin Syanyu əyalətində qeydə alınıb. İlkin məlumatlara görə, bu, koronavirusun çox sürətlə yayılan "delta" ştammıdır. Bildirilir ki, ilk yoluxma aşkarlandıqdan sonra səlahiyyətlilər yerli sakinlərdən 81 938 nümunə götürüblər. ÜST-ün məlumatlarına görə, dünyada 223 milyondan çox virusa yoluxmuş xəstə var. Con Hopkins Universiteti isə bu statistikanın 224 milyona çatdığını qeyd edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...