Çinin Əfqanıstandakı səfiri, Taliban üzvlərini yeni bir hökumətin qurulması münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Taliban sözçüsü Twitter -də məlumat verib.
"Çin səfiri Van Yu, yeni Əfqanıstan hökumətini təbrik etdi və əlavə etdi ki, Çin Əfqanıstanla humanitar, iqtisadi və siyasi əməkdaşlığı və əlaqələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcək", deyə Taliban sözçüsü Twitter -də yazıb.
O əlavə edib ki, xarici işlər naziri Əmir Xan Mutaki bu gün Çin səfiri ilə görüşəcək.
Xatırladaq ki, avqust ayında, Amerika hərbi kontingentinin İslam Respublikasından geri çəkilməsi fonunda, Taliban bütün böyük şəhərləri və sərhəd keçidlərini ələ keçirib və iyirmi illik müharibənin bitdiyini elan edib. Daha sonra Taliban, silahlı müqavimət qüvvələrinin qalası olan Pəncşir əyalətinin ölkədə nəzarətə keçən son bölgə olduğunu bəyan edib. Ertəsi gün Taliban Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini də açıqladı. Belə ki, baş nazirin vəzifəsini Taliban idarəçiliyinin ilk hakimiyyəti dövründə xarici işlər naziri olmuş və BMT sanksiyaları altında olan Molla Məhəmməd Həsən Axund yerinə yetirəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...