Ned Prays Kabil hava limanından müntəzəm uçuşlarla yanaşı çarter uçuşları başlatmaq üçün Türkiyə və Qətərin səy göstərdiklərini söyləyib
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Kabil hava limanından müntəzəm uçuşlarla yanaşı çarter uçuşları başlatmaq üçün Türkiyə və Qətərin səy göstərdiklərini söyləyib.
N.Prays gündəlik mətbuat brifinqində Əfqanıstandakı son vəziyyəti qiymətləndirrərək deyib ki, Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanından çarter uçuşlarının yavaş -yavaş həyata keçirilməyə başlanır. Hava limanından müntəzəm uçuşlar həm Əfqanıstan xalqı, həm beynəlxalq birlik, həm də Taliban üçün əhəmiyyətlidir.
Məzari Şərifdən gözlənilən uçuşların başlamaması mövzusunu yaxından izlədiklərini qeyd edən Prays şəhərdən uçuşların başlamalı olduğunu və bu mövzuda çalışdıqlarını ifadə edib.
Digər tərəfdən sözçü, 31 avqustdan bu yana 36 Amerika vətəndaşının və ABŞ -da yaşamaq icazəsi olan 24 nəfərin Əfqanıstandan təxliyə edildiyini söyləyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...