ABŞ-da sığınacaq istəyən 10 mindən artıq Haitili miqrant Texas ştatının cənubundakı Del Rio şəhərində toplaşıb.Qeyd edək ki, bu barədə "Washington Post" qəzeti xəbər verib.Bildirilir ki, iyulun 7-də Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən və avqustun 14-də ölkədə baş verən güclü zəlzələdən sonra ABŞ hakimiyyəti Haitililər üçün "Müvəqqəti Qorunan Şəxslər" statusunn müddətini uzadıb. Bu status, deportasiyadan edilməməyə, ABŞ-da iş icazəsi və müvəqqəti yaşamaq icazəsi almağa imkan verir. Lakin sözügedən status gələcəkdə yaşıl kartın alınmasını, yəni daimi yaşamaq hüququnu təmin etmir.Məlumata əsasən, onlar ABŞ-da sığınacaq almaq üçün müraciətin ilk addımı kimi ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalarını gözləyirlər. Qəzet qeyd edib ki, miqrantların əksəriyyətinin daha sonra məhkəmə qarşısına çıxmaq şərti ilə ABŞ-a qəbul olacağı ehtimal olunur.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...