Ukrayna Xarici İşlər Nazirliyi, Rusiya Federasiyası Dövlət Dumasına seçkilərin Krımda keçirilməsini və Donbasın Kiyevin nəzarəti altında olmayan hissəsinin sakinlərinin səsverməyə cəlb edilməsini pisləyir, bununla əlaqədar olaraq bütün dünyanı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə çağırır. SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi cümə günü etdiyi şərhdə bəyan edib.
"Xarici dövlətləri və beynəlxalq təşkilatları Rusiya Federasiyasının qanunsuz hərəkətlərini qəti şəkildə qınamağa, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində seçkilərin nəticələrinin tanınmamasını və Rusiya Federasiyası Dövlət Dumasının qanunsuzluğunu açıq şəkildə bəyan etməyə çağırırıq. Bu yolla Rusiya Federasiyasına qarşı siyasi və diplomatik təzyiqi artırmaq, xüsusən də ona qarşı sanksiyaları genişləndirmək olar", deyə Xarici İşlər Nazirliyi bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...