Dünya

  • 1 305

Eduarddan tənə, Arturdan məsləhət, Armandan tövsiyə...

Ermənilər müstəqillik günü keçirir?

image

...Lap elə belə də deyir ey... Deyir ki, guya Nikol hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan “atalı-analı”, daha nə bilim “qollu budaqlı” imiş. Yəni Nikola qədər ermənilər hələ öz ölkələrində belə “qa” deyəndə onlara nəvazişlə ət, “qu” deyəndə isə başqa bir nəvazişlə su gətirirmişlər.

Amma Nikol gəlib Ermənistanı yetim gününə qoydu. İndi də qalmışıq pis günə, ölkədə heç kim özünü təhlükəsiz hiss etmir. Elə bil tikan üstündə oturublar. Nikol hakimiyyətə gəlib nə çətinliklə əldə etdiyimiz “suverenliyimizi” demək olar ki, tamamilə ayaqlar altına atdı. “Məğlubedilməz erməni ordusunu” bir dəyər olaraq məhv etdi və indi təslim olan rejimin lideri Ərdoğanla görüşmək istəyir, sülh üçün ona yalvarır, yatmazdan əvvəl dualar edir.

Deyim ki, bunu, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov şəxsi “Facebook” səhifəsində yazıb. Yeri gəlmişkən onu da deyim ki, əslində, elə Şarmazanov da bəzi “satqın ermənilər kimi” Ermənistandakı son yaşantılara “biganə” qala, yəni olanlara hər bir münasibət göstərə bilərdi.

Amma yox....onda “vətən sevgisi” ilə yanaşı, Serjik Sarkisyanın yenidən hakimiyyətə qayıtmaq ehtimalı hələ qalıb. Nə bilmək olar...

Qeyd edək ki, Paşinyanın Türkiyədən barış üçün yalvarmaq cəhdlərini Şarmazanov Nikolun öz kreslosunu qoruyub saxlamağa hesablandığını bildirir.

...Sabiq Serjikin sabiq mətbuat katibinin fikrincə, bu gün Paşinyan erməni xalqına xas olmayan siyasi dilənçiliklə məşğuldur. Guya o, hakimiyyətini qorumaq üçün hər oyunlara getməyə hazırdır. Şarmazanova görə, Nikol hakimiyyətinin “türk oyunları” erməni faktorunun tamamilə məhvinə səbəb olacaq. Milli ideyaları olmayan bir dövlət isə artıq dövlət ola bilməz.

...Burada Eduarddan soruşan gərək: hec yeridir? Bu dəqiqə ermənilər İrəvan küçələrinə yığışıb “şadyanalıq” edir, bu da bu yandan başlayıb “bədbin-bədbin” danışmağa...

Bax, gör, köhnə “qeqebeşnik” Artur Vanetsyan nə deyir? Deyir ki, bu gün, bayram günü, biz “müstəqil və qürurlu bir ölkənin vətəndaşı olaraq” otuz dəfə səssizcə özümüzü yenidən kəşf edəcəyimizə söz verməliyik. Yəni, o demək istəyir ki, “koma”da oturduğumuz yetər, ayılmaq lazımdır. Yoxsa, bu zəhirmar “koma” vurub yeni xəstəliklərimizi də üzə çıxarar. Özünüz də, “humanist ermənilərin” bütün xəstəliklərə necə meyilli olduğunu yaxşı bilirsiniz. Doğru sözə, nə deyəsən?

...Amma deyim ki, Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan Ermənistanın müstəqillik günü münasibətilə göndərdiyi mesaj o biriləri ilə müqayisədə daha humanist bir səpkidə yazılıb. İlk olaraq vətəni, xalqı uğrunda elə günü bu gün də canını fəda etməyə hazır olduğunu deyən Tatoyan bütün erməniləri onun kimi “mübariz” olmağa, yəni ümidsizlik və çarəsizliyə qapılmamağa çağırıb.

Deyim ki, onun sərhəd kəndlərinə gizlənə-gizlənə getməsi, təbii ki, bura şamil edilməməlidir...

Ağasəf Babayev

Digər xəbərlər