Palma adasındakı Kumbre Vyexa vulkanının püskürməsi böyük dağıdıcılıqla müşayiət olunub və yerli hakimiyyət orqanları Takande bölgəsinin sakinlərini evakuasiya edir. SİA xəbər verir ki, bu barədə yerli sakin Seliya Diananın sözlərini RİA Novosti sitat gətirib.
Qeyd olunur ki, hazırda bir neçə min insan təhlükəsiz yerə aparılıb.
"Yanğın baş verərsə, ən azından daş qorunub saxlanılır və tikililər bərpa edilə bilir. Lavalardan isə evlər yağ kimi əriyir, yalnız qara torpaq parçası qalır", deyə yerli sakin Celia bildirib.
Qadın "lavanın yeraltı sulardan keçdiyini və iki kilometr yüksəklikdə təsirli bir buxar tüstüsü yaratdığını" əlavə edib.
Mütəxəssislərin fikrincə, püskürmə bir neçə ay davam edə bilər.
Xatırladaq ki, Kumbre Vyexa vulkanının püskürməsi 19 sentyabr bazar günü başlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...