PDF Oxu

Dünya

  • 2 551

Qazaxıstana təşəkkür etdi BMT BAŞ KATİBİ

image

BMT baş katibi Antonio Quterreş, Qazaxıstanın baş nazirinin müavini, Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşdə, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının uzaq ofisinin Almatıda yerləşdirmək qərarına görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib. SİA xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tleuberdi ilə Quterres arasındakı görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində keçirilib.

"Biz Qazaxıstanın bu qərarını sadəcə yardımdan daha üstün qiymətləndiririk. Siz BMT ilə Qazaxıstan arasında əla olan münasibətlərin daha da inkişafına töhfə verəcək əsl diplomatik qardaşlıq ruhunu nümayiş etdirdiniz", deyə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Quterreşdən sitat gətirib.

Qazaxıstanın xarici işlər naziri, ölkə prezidenti Kasım-Jomart Tokayevin BMT-nin bioloji təhlükəsizlik üzrə beynəlxalq agentliyi yaratmaq təşəbbüsünün həyata keçirilməsi barədə həmsöhbətinə ətraflı məlumat verib. Bundan əlavə, nazir BMT baş katibinin müavini - Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkovla danışıqlar aparıb.

Digər xəbərlər

May ayından bəri Ukraynalılar Krım körpüsünə 200 zərbə endirib...

Ukrayna Silahlı Qüvvələrinin yeni taktikası yarımadada böyük yanacaq böhranına səbəb olub...

Qərb mediası Putinə daha bir ləqəb qazandırıb...

Kreml lideri bu ləqəbi Kiyev Peçersk Lavrası hücumundan sonra alıb...

“Benzinsiz necə yaşaya bilərik..?”

Rusiyada Novorossiysk sakini şəhərin yanacaq çatışmazlığı ilə bağlı emosional video çəkib...

Rus zabitləri Krımdan ailə və əmlakı ilə birgə təxliyə edirlər..?

Krım tatar xalqının liderlərindən biri olan Erfan Kudusov yarımadadakı vəziyyət barədə danışıb...

Alman dronları ABŞ dronlarının yerinə yetirə bilmədiyini yerinə yetirəcək

Welt: Ukraynadakı müharibədən əldə edilən təcrübə alman dron istehsalçılarına ABŞ-dan daha yaxşı nəticələr göstərməyə kömək etdi...

Müharibənin Tədqiqi İnstitutu: Putinin iki məqsədi var…

Kreml nəzarət illüziyası yaratmağa çalışır…