PDF Oxu

Dünya

  • 2 321

Hindistan və ABŞ terrorçularla mübarizədə birləşəcək

image

Hindistan və ABŞ terrorçularla mübarizədə birləşəcək və bütün terror qruplarına qarşı birgə hərəkət edəcək. SİA xəbər verir ki, bu barədə Hindistan baş naziri ilə ABŞ prezidenti arasındakı görüşün yekunlarına həsr olunan bəyanatda deyilir.

Hindistan XİN-in bəyənatında qeyd olunur ki, Narendra Modi və Co Baydenin ilk görüşü cümə günü Ağ Evdə baş tutub. Baş nazirin sözlərinə görə, görüşdə ölkələrin liderləri Hindistan və ABŞ-ın müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirəcəyini və COVID-19, eləcə də iqlim dəyişikliyi kimi əsas problemləri həll etmək üçün birlikdə çalışacağını müzakirə ediblər.

"Liderlər, Birləşmiş Ştatlar və Hindistanın qlobal terrorizmə qarşı birgə mübarizədə birləşəcəklərini, BMT Təhlükəsizlik Şurasının 1267 saylı Sanksiyalar Komitəsi tərəfindən qadağan edilənlər də daxil olmaqla, bütün terror qruplarına qarşı birgə hərəkətə keçəcəklərini, sərhədlərarası terroru pislədiklərini və hesabatlılığa çağırdıqlarını bir daha təsdiqləyiblər. Onlar 26 noyabr tarixli Mumbai hücumlarına görə terrorçuları qınayıblar və terror aktları həyata keçirmək və ya planlaşdırmaq üçün istifadə edilə biləcək terror qruplarına hər hansı bir maddi-texniki, maliyyə və ya hərbi dəstəyin rədd edilməsinin vacibliyini vurğulayıblar", deyə Hindistanın Xarici İşlər Nazirliyi öz bəyanatında bildirib.

Digər xəbərlər

Lukaşenko bir daha dollara qarşı çıxış etdi

Belarus lideri artıq bu müharibədə uduzub…

Qallyamov: Kreml müharibə məsələsində iki yerə bölünüb...

“Qarşıdan gələnlər” Putinin kursunu dəyişməsinə mane olurlar...

“İran və Rusiya hərbi inkişaf üçün süni intellektdən istifadə ediblər”

Hücumçular getdikcə model müdafiəsini keçməyə çalışırlar...

Ukraynanın bu ilki əsas qələbəsi Kremlin yalanlarını üzə çıxardı

Əməliyyatın uğuru əsasən informasiya sükutu ilə bağlı idi...

“Moskva Belarusu Avropaya təzyiq göstərmək üçün bir vasitəyə çevirir”

“Oreşnik” raket sisteminin yerləşdirilməsi daha geniş bir qorxutma kampaniyasına uyğundur...

“Ozero” kooperativi hakimiyyətini itirir...

Putin öz təhlükəsizlik qüvvələrinin oyuncağına çevrilir...

Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır

Forbes Çin liderinin narahatlıqları barədə məlumat yayıb...

The Guardian: Rusiya seçkilərinin arxasında Kremlin qorxusu dayanır

Açıq-aşkar saxtakarlıqlar Rusiya hakimiyyətinin əleyhinə işləyə bilər...