Suriyanın şimal-qərbində PKK terror təşkilatının bu ölkədəki qanadı YPG-nin “Zeytun budağı” əməliyyat zonasına hücum hazırlayan altı silahlısı zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
“Türkiyə xüsusi təyinatlı dəstəsinin döyüşçüləri “Zeytun budağı” əməliyyatının zonasında növbəti müvəffəqiyyətli əməliyyat keçiriblər. Regionda təhlükəsizlik və sülhü pozmağa çalışan silahlılar zərərsizləşdirilib”, – nazirliyin xəbərində deyilir.
Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə yetiriblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...