PDF Oxu

Dünya

  • 3 981

Yeni sualtı vulkan peyda olub

Yeni sualtı vulkan peyda olub

Afrika sahillərindəki Mayotta adasının yaxınlığında dəniz səviyyəsindən 820 metr yüksəklikdə yeni bir sualtı vulkan meydana çıxıb. SİA xəbər verir ki, bu barədə “Nature Geoscience” məlumat yayıb.

Məlumata görə bu hadisə 2018-ci ilin may ayında başlayan və bütün dünyada hiss olunan seysmik aktivlik nəticəsində yaranıb. Qeyd olunur ki, bu təbii hadisələr Şərqi Afrika və Madaqaskar yarıqları arasındakı tektonik quruluşdan qaynaqlanır və onları öyrənmək tədqiqatçılara yerin dərin proseslərini daha yaxşı anlamağa kömək edəcək.

Bildirilir ki, 15 may 2018-ci ildə Afrikanın şərq sahili ilə Madaqaskarın şimal hissəsi arasında yerləşən Komor adalarının vulkan arxipelaqının bir hissəsi olan Mayotta-nın şərq sahilindən 50 kilometr aralıda bir sualtı vulkanı yaradan 5.8 bal gücündə zəlzələ baş verib. Araşdırmalara görə, bu, indiyə qədər qeydə alınan ən böyük aktiv sualtı püskürmə olub.

Xatırladaq ki, alimlər bölgədə seysmik aktivliyin yenidən başlaya biləcəyini qeyd edirlər. Bildirilir ki, bu, su altında və quruda yeni püskürmə riski yaradır.

Digər xəbərlər