Almaniyanın biotexnologiya şirkəti "BioNTech" qalın bağırsaq xərçəngi vaksininin (BNT122) ikinci mərhələ sınaqlarına başladığını bildirib.
"BioNTech" tərəfindən yayılan açıqlamada "mRNA "(messenger RNA) texnologiyasına əsaslanan "BNT122" peyvəndi namizədi üçün 2-ci mərhələ fəaliyyətlərə başlandığı qeyd olunub.
ABŞ, Almaniya, İspaniya və Belçikadan təxminən 200 xəstənin fəaliyyətdə iştirak etdiyi ifadə edilən açıqlamada fəaliyyətlərin məqsədinin şişlərin cərrahiyyə və kemoterapiyadan sonra yenidən ortaya çıxıb çıxmadığında "BNT122"-nin təsirini araşdırmaq olduğu ifadə edilib.
"BioNTech"in açıqlamasında dünyada ikinci ölümcül xərçəng olaraq bilinən bağırsaq xərçənginin müalicəsi üçün yeni müalicələrə ehtiyacın yüksək olduğuna da diqqət çəkilib.
"BioNTech" başda dəri xərçəngi olmaqla digər xərçəng növlərində istifadəsi üçün "BNT122" peyvəndinin klinika araşdırmalarını da davam etdirir.
Xatırladaq ki,"BioNTech" peyvəndi türkəsilli olan alman alimləri Ugur Şahin və həyat yoldaşı Özlem Türeci tərəfindən hazırlanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...