Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən çağırışçılar saxlanılıb. SİA xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, hərbçilər A.O. və V.V. məzuniyyətlərini yekunlaşdırdıqdan sonra xidmət etdikləri hərbi hissəyə qayıtmadıqları üçün qanun qarşısında cavab verməli olacaqlar.
"Oktyabrın 1-də başlanan cinayət işi çərçivəsində A.O. və V.V. saxlanılıb. İstintaq davam edir".
Qeyd edək ki, son bir ildə erməni ordusunda oxşar hallar dəfələrlə baş verib. Bir neçə ay öncə də əsgər məzuniyyətə getdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina etmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...