İngiltərənin Rəqəmsal, Mədəniyyət, İdman və Media naziri Nadine Dorries, BBC telekanalını "önyarğılarla əhatələnmiş" və "imtiyazlıların və ailə yaxınların" işlədiyi bir qurum olması ilə günahlandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən Mühafizəkarlar Partiyasının Mançesterdəki konfransı zamanı "Teleqraf" qəzetinin podkast xidmətinə danışan Dorries, BBC-nin işçi sinifini və ölkənin şimalından olanları təcrid edən bir qrup düşüncəsinə sahib olduğunu bildirib. BBC-nin lisenziya haqqını ödəyən cəmiyyətin bütün təbəqələrinə açıq olmasını dilə gətirən Dorries, yalnız "anası və atası orada işləyənlərin" bir yer olan BBC-nin fərqli köklərdən gələn insanlar üçün də daha əlçatan bir qurum ola biləcəyini müzakirə etdiklərini söyləyib. İngilis nazir, ölkədə karyera zirvəsinə çatmağın yolunu özəl məktəblərdə təhsil almaqdan və ya BBC ilə əlaqəli bir tanışın olmağından keçdiyini bildirib. BBC-ni imtiyazlıların və ailələrinin çalışdığı bir təşkilat olmaqda günahlandıran Dorries, BBC-nin 10 illik lisenziya haqqı müqaviləsi ilə bağlı soruşulduqda, "BBC 10 ildən sonra burada olacaq? Bilmirəm. Bu mühitdə rəqabət çoxdur” deyə cavablayıb.
Abutel İsmayıllı
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...