PDF Oxu

Dünya

  • 3 028

Mənzildə baş verən partlayışla bağlı axtarış elan edilib

Mənzildə baş verən partlayışla bağlı axtarış elan edilib

İsveçdə mənzildə partlayış törətməkdə şübhəli bilinən şəxsə beynəlxalq həbs qərarı verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, isveç prokurorları Göteborqdakı bir mənzildə baş verən partlayışla bağlı beynəlxalq axtarış elan ediblər.

Ötən həftə İsveçin ikinci böyük şəhərinin Annedal rayonunda baş verən partlayış nəticəsində ən az 16 nəfər yaralanıb. Binanın kirayəçisi qəsdən adam öldürmə cəhdi, yanğın və ictimaiyətə ziyan vurmaqda şübhəli bilinərək axtarışdadır. Prokurorlar həmin şəxsin xaricdə olub-olmadığından əmin deyillər. Lakin həbs olunarsa, onun İsveçə ekstradisiya edilməli olduğunu bəyan ediblər.

Abutel İsmayıllı

Digər xəbərlər