PDF Oxu

Dünya

  • 1 929

Papa pedofil keşişlərə görə utandığını bildirib...

Papa pedofil keşişlərə görə utandığını bildirib...

“...1950 -ci ildən 2020 -ci ilədək Fransada Katolik Kilsəsinin nümayəndələri tərəfindən 200 mindən çox azyaşlı cinsi təcavüzün qurbanı olub”.

TASS -ın verdiyi məlumata görə, kollektiv auditoriya zamanı Papa I Francis Fransadakı Katolik Kilsəsində minlərlə pedofil keşiş haqqında hesabat dərc edildikdən sonra "kilsənin çox uzun hərəkətsizliyi" üçün utandığını söyləyib.

“..."Dünən fransız yepiskoplarının konfransı müstəqil bir komissiyadan hesabat alıb. Hesabatda 1950 -ci ildən bəri təsirli sayda azyaşlı cinsi zorakılığın qurbanı olduğu bildirilir. Bütün qurbanlara səmimi ağrılarımı və empatiyamı bildirmək istəyirəm. Bu mənim ayıbımdır, bizim ayıbımızdır, kilsədə uzun müddət hərəkətsizlik etdiyim üçün utancımdır”.

...Deməli, yepiskop müasir Katolik Kilsələrində ali və eyni zamanda üçüncü dərəcəli ruhani rütbəsidir. Yunan dilindən tərcmədə mənası nazarətçi anlamını verir.

Xatırladım ki, Katolik Kilsəsinə pənah gətirib bakirəliklərini qoruyan qadınlar kimi, yepiskoplar da özlərini kilsəyə qurban veriblər deyə, evlənmirlər..(?)

Ağasəf

Digər xəbərlər