PDF Oxu

Dünya

  • 1 771

Yeni koronavirusla bağlı XƏBƏRDARLIQ

Yeni koronavirusla bağlı XƏBƏRDARLIQ

Sars-CoV-2 koronavirusu insanlardan heyvanlara və sonra bir sıra mutasiyalardan sonra ən yeni Sars-CoV-3 koronavirusu olaraq insanlara qayıda bilər və yeni bir pandemiyaya səbəb ola bilər. SİA xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Millətləri Birliyi (ASEAN), sağlamlıq problemləri üzrə, Duke-NU Amerika-Sinqapur Tibb Universitetinin professoru Vanq Linfa deyib.

Professor, görüş iştirakçılarına xatırladıb ki, yeni koronavirus Sars-CoV-2-nin Asiyada yayılmış yarasalardan insanlara başqa bir heyvan vasitəsilə keçdiyi aşkar edilib. O, yarasaların, digər heyvanların bədəninin virusların çoxalmasına və mutasiyaya uğramasına imkan verən, ancaq xəstəliyin inkişafının qarşısını alan bənzərsiz bir immun sistemə malik olduğunu qeyd edib.

"Koronavirus infeksiyasının insandan heyvana keçmə halları da məlumdur və pandemiya zamanı ev heyvanlarının sahiblərindən koronavirusa yoluxma halları dəfələrlə qeydə alınıb. Bu belə də ola bilər, məsələn, Sars xəstəliyinə yoluxmuş şəxs yarısı yeyilmiş meyvələri bir yerə tullayır və yarasa tərəfindən həmin meyvə yeyilir", deyə Vanq Linfa, “Straits Times”-a istinadən söyləyib.

O, bu vəziyyətdə, koronavirusun yarasa bədənində yenidən mutasiya edə biləcəyini, sonra başqa bir heyvana keçə və daha bir neçə dəfə mutasiya edə biləcəyini deyib. Həmçinin qeyd edib ki, bu şəkildə ortaya çıxan yeni viruslardan biri daha sonra insanlara qayıda bilər və ən yeni Sars-CoV-3 koronavirusuna çevrilərək pandemiyaya səbəb ola bilər.

"Bu, məsələn, Asiyada olduğu kimi, Sars-CoV-2 koronavirusunun yerli yarasaların orqanizmlərində təbii olaraq mövcud olmadığı Amerika qitəsində baş verə bilər", deyə professor əlavə edib.
Modifikasiya edilmiş daha yeni koronavirusun yeni pandemiyasına hazırlıq tədbirləri olaraq, Vanq Linfa, yarasalar və digər vəhşi heyvanlar populyasiyalarında ortaya çıxan yeni virusların diqqətlə izlənilməsini, bu virusların insanlara keçmə potensialını və daha çox inkişaf etməsinin araşdırılmasını təklif edib. “Straits Times” xəbər verir ki, bu, dünyada yoluxucu soyuqdəymələrin davamlı izlənməsi üçün etibarlı sistemdir.

Xatırladaq ki, Professor Vanq Linfa, koronavirus pandemiyasının ilk başlandığı gündən çalışan Dünya Səhiyyə Təşkilatının təcili yardım komitəsinin üzvü olub. Koronavirusun başqa bir heyvan vasitəsi ilə insanlara keçmə ehtimalını sübut edən araşdırmalarda da iştirak edib. Alim hal-hazırda keçmişdə Sarsdan sağalan və COVID-19 pandemiyası zamanı koronavirus infeksiyasına qarşı peyvənd edilmiş insanlarda müşahidə olunan fərqli ştamlara qarşı müqavimət, koronavirus infeksiyasına qarşı toxunulmazlıq fenomenini araşdırır.

Digər xəbərlər