Parisə geri çağırılan Fransa səfiri Avstraliya ilə əlaqələrini yenidən nəzərdən keçirmək və Fransanın maraqlarını qorumaq missiyası ilə Kanberraya qayıdacaq. SİA xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jean-Yves Le Drian söyləyib.
"Avstraliya ilə ikitərəfli əlaqələrin tamamilə yenidən qurulmasına ehtiyac var. Səfirimizdən Kanberraya iki missiya ilə qayıtmasını xahiş etdim. Biz gələcəkdə ikitərəfli əlaqələr üçün yeni bir çərçivənin qurulmasına töhfə verməli və Avstraliyanın sualtı gəmilərdəki proqramlardan çəkilmə qərarının həyata keçirilməsində maraqlarımızı ciddi şəkildə müdafiə etməliyik", deyə Le Drian bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Avstraliya, ABŞ və İngiltərə AUKUS təhlükəsizlik müqaviləsini imzalandıqlarını bəyan ediblər. Bunun fonunda Avstraliya tərəfi bir Fransız şirkəti ilə 56 milyard avro məbləğində sualtı gəmilər haqqında müqaviləni pozub. Fransada ABŞ və Avstraliyadan olan səfirlər məsləhətləşmələrə çağırılıb. Fransa səfiri sentyabrın 29-da Vaşinqtona qayıdıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...