Talibanın "müvəqqəti hökuməti" Daxili İşlər Nazirliyi pasportlar Baş direktorunun müavini Alem Gül Hakkani, ilk mərhələdə tamamlanmış 25 min pasportun paylanacağını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl hər gün 3 min pasportun paylandığını ifadə edən Hakkani, önümüzdəki günlərdə bu sayını 6 minə çatdırmağı planlaşdırdıqlarını ifadə edib. Hakkani, daha əvvəl Pasport Ümumi Müdirliyində çalışan qadın personalların geri çağırıldığını qeyd edib. Taliban Daxili İşlər Nazirliyinin "müvəqqəti hökuməti" sözçüsü Səid Hosti, pasportların "Əfqanıstan İslam Respublikası" adı altında paylanacağını vurğulayıb. Pasportlar Ümumi Müdirliyinə görə, ərizələrini onlayn olaraq təqdim edən təxminən 170 min insanın pasportları çap mərhələsində gözləyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...