"Deyəcək sözün varsa, üzümüzə de!”. SİA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun Əlcəzair bəyanatı ilə bağlı danışarkən deyib.
"Hazırda Fransa seçki mühitinə qədəm qoyub. Seçkilərə görə Makronun bu yollara əl atdığını görürük. Gördük ki, bu cür ucuz yanaşmaların seçkilərdə heç bir faydası yoxdur. Düşünürəm ki, Makron bu cür populist yanaşmalar yerinə, xalqının etibarını qazanmaq üçün addımlar atmalıdır. Bizimlə bağlı söyləyəcək bir sözü varsa, onu arxamızdan deyil, birbaşa üzümüzə deməyini üstün tuturuq. Eynən Prezidentimizin etdiyi kimi", - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Əlcəzairlə də münasibətləri pisləşmişdi. Makron Əlcəzairdə koloniya dövrü ilə bağlı tarixin yanlış yazıldığını və Türkiyənin bu işdə aktiv rol oynadığını bildirmişdi. Bundan sonra Əlcəzair səfirini ölkəyə geri çağırmışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...