Yaponiyanın paytaxt bölgəsində meydana gələn güclü zəlzələ qurbanlarının sayı ən azı 16 nəfərə çatıb. SİA xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno cümə axşamı keçirdiyi mətbuat konfransında söyləyib.
"Məlumat toplamağa və qurbanların sayını dəqiqləşdirməyə davam edirik. Ancaq hazırda bildiyimiz kimi qurbanların sayı ən azə 16 nəfərdir", deyə Hirokazu Matsuno bildirib.
Xatırladaq ki, cümə axşamı Yaponiyanın paytaxt bölgəsində güclü zəlzələ baş verib. Əvvəlcə onun 6.1 bal gücündə olduğu qeyd edilsə də, sonradan zəlzələnin 5.9 bal gücündə olduğu müəyyənləşdirilib. Yeraltı təkanlar Tokio metrosunu və yüksək sürətlə hərəkət edən qatarların da müvəqqəti olaraq dayanmasına səbəb olub. Hazırda bütün istiqamətlərdə hərəkət demək olar ki, tamamilə bərpa edilib. Paytaxt ərazisində yerləşən hava limanlarına ziyan dəyməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...