PDF Oxu

Dünya

  • 1 828

Saakaşvili baş naziri "kabinetdən qovacağına" söz verdi

Saakaşvili baş naziri "kabinetdən qovacağına" söz verdi

Həbsdə olan keçmiş prezident Mixail Saakaşvili, Birləşmiş Milli Hərəkat partiyasının sədri Nika Melia ilə birlikdə Gürcüstanın baş naziri İrakli Qaribaşvilini və hökumət üzvlərini “kabinetlərindən qovacağına” söz verdi. SİA xəbər verir ki, Saakaşvilinin bu mesajını həbsxana kamerasında görüşündən sonra partiyadaşı Eka Xerxeulidze çatdırıb.

Bu şəkildə Saakaşvili, Gürcüstanın baş naziri Qaribaşvilinin Melianın Saakaşvilinin həbs olunmasından məmnun qalanların birincisi olması barədə bəyanatına reaksiya verib.

"Şəxsən mən və Meliya sizi gürcü xalqı ilə birlikdə ofislərinizdən ən qısa müddətdə qovacağıq", deyə Xerxeulidze, Saakaşvilinin sözlərindən sitat gətirərək bildirib.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Gürcüstanda Saakaşvili bir neçə cinayət işində iştirakda ittiham edilir. Eks-prezident bankir Sandro Qirqvlianinin öldürülməsində və müavini Valeri Qelaşvilinin döyülməsində qiyabi olaraq günahlandırılır. Birinci halda, onun, üç il, ikincisində altı il həbs cəzasına məhkum ediləcəyi ehtimal olunur. Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci il müxalifət mitinqinin dağıdılması, dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində də günahlandırılır və hələ də bu işlərə məhkəmələrdə baxılır.

Digər xəbərlər