PDF Oxu

Dünya

  • 1 772

Əfqanıstan terror mənbəyinə çevrilməməlidir - HINDISTANIN BAŞ NAZIRI DEYİB

Əfqanıstan terror mənbəyinə çevrilməməlidir - HINDISTANIN BAŞ NAZIRI DEYİB

Əfqanıstan ərazisi radikallaşma və terror mənbəyinə çevrilməməlidir və bu ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanaraq vahid beynəlxalq reaksiyaya ehtiyac var. SİA xəbər verir ki, bu sözləri Hindistanın baş naziri Narendra Modi G20 sammitinin sonunda deyib.

"Əfqanıstan üzrə G20-nin sammitində iştirak etdim. Əfqanıstan ərazisinin radikallaşma və terror mənbəyinə çevrilməsinin önəmini vurğuladım. Əfqanıstan vətəndaşlarına təcili və maneəsiz humanitar yardım edilməsi üçün çağırış etdim", deyə Modi Twitter-də də yazıb.

O, həmçinin qeyd edib ki, Əfqanıstanda vəziyyəti yaxşılaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının 2593 saylı qətnaməsinə əsaslanan vahid beynəlxalq reaksiyaya ehtiyac var.

Baş nazirlikdən verilən məlumata görə, Modi, İtaliyanın G20-yə sədrliyinin Əfqanıstandakı mövcud vəziyyəti ümumiləşdirmək üçün bir toplantı çağırmaq təşəbbüsünü də alqışlayıb.

Modi, həmçinin bölgədə radikallaşma, terrorizm, narkotik və silah qaçaqmalçılığına qarşı birgə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Digər xəbərlər