Gürcüstanın Rustavi şəhərindəki 17 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.
Agentliyin məlumatına görə, yanğın yemək otağının ərazisində baş verib.
Qeyd olunur ki, ərazisində yanğın baş verən 12 saylı Cəzaçəkmə Müəssisəsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təxminən iki həftəyə yaxın olduğu yerdədir.
Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin keçmiş liderinin həbs olunduğunu elan edib. Eyni zamanda internetdə Mixail Saakaşvilinin silahdaşlarına video mesajı yayılıb. O, olkəyə, "xalqa kömək etmək" üçün qayıtdığını izah edib, həmvətənlərini "heç nədən qorxmamağa" və yerli seçkilərə səs verməyə getməyə çağırıb. Onun barəsində bir neçə cinayət işi açılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...