Beyrutun Taiyuni bölgəsində döyüşlər dayandırılıb, ordu hissələri hadisə yerində növbətçiliyini davam etdirir. SİA xəbər verir ki, bu barədə RİA Novostinin yerli müxbiri informasiya verib.
Müxbirin sözlərinə görə, Taiyuni bölgəsində cümə axşamı səhər saat 10 radələrində başlayan toqquşmalar dayanıb. Ordu ilə yanaşı, bir neçə təcili yardım və yanğınsöndürmə briqadaları da ərazidə vəzifələrini davam etdirirlər.
Etirazçılar, Beyrutdakı əsas məhkəmə binasının qarşısında limanda partlayış iddiasına rəhbərlik edən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb edən dinc mitinq keçirməyi planlaşdırmışdılar. Şiə partiyalarının tərəfdarlarına görə, hakimin qərarları siyasiləşdirilmiş və qanunsuzdur.
Xatırladaq ki, ordu ilə bir qrup silahlı arasında döyüş bir neçə saat davam edib. Paralel olaraq, döyüş bölgəsindən mülki əhali təxliyə olunub. Livan Qırmızı Xaç Təşkilatının son rəqəmlərinə görə, 6 nəfər ölüb, 30 -dan çox adam yaralanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...