Dünya

  • 1 295

Livanda baş verən hadisələrlə bağlı 9 nəfər saxlanıb

image

Livan Prezidenti Mişel Aun oktyabrın 14-də paytaxt Beyrutda baş verən hadisələrlə əlaqədar olaraq, "Heç kimə öz maraqları üçün ölkəni girov götürməsinə icazə verməyəcəyik" deyib.Prezident Aun Livan televiziyasında xalqa müraciət edib.Ordu və təhlükəsizlik qüvvələrinin təhlükəsizlik və sabitliyin qorunmasında üzərinə düşən vəzifəni yerinə yetirdiyini qeyd edən Aun Beyrut hadisələrinin təhlükəsizlik qüvvələri və məhkəmə tərəfindən təqib edildiyini söyləyib."Biz heç kimə öz maraqları və hesabları üçün ölkəni girov götürməsinə icazə verməyəcəyik. Silahların livanlılar arasında ünsiyyət dilinə çevrilməsi qəbuledilməzdir" deyə Aun vurğulayıb.Qanunun aliliyinin və dövlət qurumlarının problemlərin həllində yeganə səlahiyyətli qurum olduğuna diqqət çəkən Aun hadisələri törədənlər və təhrik edənlər ortaya çıxana və məsuliyyətə cəlb olunana qədər prosesi izləyəcəyini söyləyib.Digər tərəfdən, Livan Silahlı Qüvvələri paytaxt Beyrutda baş verən toqquşmalarla əlaqədar 9 adamın nəzarətə alındığını açıqladı.Qeyd edək ki, Livanın paytaxtı Beyrutda hakim və müstəntiqlərə etiraz etmək üçün “Hizbullah” və “Amal” hərəkatlarının Ədalət sarayına yürüşünün iştirakçılarına naməlum şəxslər tərəfindən atəş açıldıqdan sonra təhlükəsizlik qüvvələri ilə Bədora meydanının ətrafında yerləşən binadakı silahlılar arasında 4 saat davam edən atışma başlamışdı. Atışma nəticəsində azı 6 nəfər həlak olmuş, 32 nəfər yaralanmışdı."Amal" hərəkatı hadisələrdə həyatını itirənlərdən 3-nün üzvü olduğunu açıqlayıb.

Müəllif: Ağasəf Babayev

Digər xəbərlər