Rusiyanın paytaxtı Moskvada, metronun bütün stansiyalarında üz tanıma üsulu ilə ödəniş etmək imkanı təqdim edən Face Pay adlı bir sistem istifadəyə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mövzu ilə bağlı danışan Moskva bələdiyyə sədrinin müavini Maksim Liksutov, "Bələdiyyə sədrinin (Sergey Sobyanin) əmri ilə üz tanıma üsulu ilə ödəniş sistemi olan Face Pay-ı işə salırıq" söyləyib.
İstifadəçi məlumatları şifrələnəcək. Turniketlərdəki kameralar şəxsi məlumatlarla deyil, biometrik məlumatlar üzərində işləyir. Sistemin önümüzdəki iki-üç il ərzində sərnişinlərin 10-15 faizi tərəfindən müntəzəm olaraq istifadə ediləcəyi gözlənilir.
Rüqəyya Orucova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...