Avropa Birliyi miqrasiya böhranı səbəbiylə Belarus səlahiyyətlilərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətindədir. SİA xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Heiko Maas söyləyib.
O, qeyd edib ki, Belarus və prezident Aleksandr Lukaşenkonun miqrantları və qaçqınları Avropa Birliyinə təzyiq vasitəsi kimi istifadə etməsi Aİ xarici işlər nazirlərinin iclasında çox intensiv şəkildə müzakirə edilib. Bundan əlavə, AB ölkələri bu mövzunu müzakirə etməyə hələ davam edəcəklər.
"Buna görə də masada Belarusa qarşı yeni və çox həssas sanksiyaların tətbiqi ilə bağlı təkliflər var", deyə Maas bildirib.
Bundan əvvəl Polşa, Litva və Latviya Belarus hökumətini miqrasiya böhranı yaratmaqda ittiham edərək, qaçqınların AB sərhədinə toplanmasının Minskin Brüsselin əvvəllər tətbiq etdiyi sanksiyalara verdiyi cavab olduğunu iddia etmişdi.
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk artıq miqrant axınını dayandırmayacaq, çünki Avropa İttifaqının məhdudiyyətləri səbəbindən ölkənin bunun üçün kifayət qədər resursları yoxdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...