PDF Oxu

Dünya

  • 1 980

Litva Belarusa etiraz etdi SƏRHƏDDƏKİ VƏZİYYƏTLƏ ƏLAQƏDAR

image

Litva Xarici İşlər Nazirliyi Belarusun Litvadakı səfirliyinin nümayəndəsinə Belarus sərhədçiləri tərəfindən Litva dövlət sərhədinin dəfələrlə pozulması ilə əlaqədar kəskin etirazını bildirən nota təqdim edib. SİA xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

"Oktyabrın 20-də Litva Xarici İşlər Nazirliyi Belarusiyanın Litvadakı səfirliyinin nümayəndəsini çağırıb və Litvanın dövlət sərhədinin dəfələrlə pozulması ilə əlaqədar kəskin etirazını bildirən diplomatik nota verib", deyə məlumayda bildilir.

Qeyd olunur ki, Litva Xarici İşlər Nazirliyi Belarusdan hadisəni ən qısa zamanda izah etməsini və bunun təkrarlanmaması üçün bütün tədbirləri görməsini xahiş edir.

"Xarici İşlər Nazirliyi, Belarus hakimiyyəti tərəfindən Belarusdan qeyri-qanuni miqrant axınının təşkil edilməsini, vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaları qınayıb, eyni zamanda bütün siyasi məhbusların və qanunsuz olaraq həbs edilmiş şəxslərin azad edilməsini istəyib", deyə məlumatda həmçinin qeyd olunur.

Xatırladaq ki, bu yaxınlarda Litva, Latviya və Polşa Minsklə miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını bildirib. Belarus prezidenti Aleksandr Lukaşenko daha əvvəl qeyd etmişdi ki, Minsk artıq Aİ ölkələrinə qeyri-qanuni miqrant axınını dayandırmayacaq. Eyni zamanda, Belarus prezidenti CNN telekanalına verdiyi müsahibədə Belarus tərəfinin AB sərhədlərində miqrasiya böhranından istifadə edərək sanksiyalar siyasətinə görə Aİ-dən qisas almaq üçün Belarus müxalifətçilərini orada qonaq etməklə bağlı fərziyyələri rədd edib. Litva sərhəddəki vəziyyətlə əlaqədar Belarusa etiraz edib.

Digər xəbərlər

Ukrayna NATO-ya alternativ təklif etdi

Boris Conson yeni hərbi ittifaq təklif etdi...

Putinin reytinqi seçkilərdən əvvəl kəskin şəkildə aşağı düşdü...

Müharibənin təsirləri ruslar tərəfindən getdikcə daha çox hiss olunur...

Qərb Rusiyanı Qlobal Cənubdan necə sıxışdırıb çıxara bilər?

Təkcə Rusiya təbliğatı ilə mübarizə aparmaq kifayət deyil...

Foreign Policy: Şərqi Almaniyada nə problem var?

Tarixçilər rasional bir izahat tapmağa çalışırlar…

Bunu Almaniyanın BSW partiyası tələb edib…

Almaniya prokurorluğu “rusları qovmaq” təklifi ilə çıxış edən Avropa Parlamentinin üzvü ilə bağlı araşdırma aparacaq…

“Putin özünü kozır kimi istifadə etdi”

Rusiyada vəziyyət ölkə hakimiyyətinin icazə verdiyindən daha mürəkkəbdir...

Tramp Hindistana qarşı Rusiya neftinə 100 faiz tarif tətbiq edə bilər

Lindsi Qremin “cəhənnəm” sanksiyalar qanun layihəsi belə bir səlahiyyət verir…

“Ruslar seçkilərdən dəyişikliklər deyil, yeni problemlər gözləyirlər”

Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...

Atlantic Council: Ermənistan Putindən üz döndərir...

Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...