PDF Oxu

Dünya

  • 3 236

ABŞ-da donuzdan insana böyrək köçürülüb

image

ABŞ-da cərrahlar ilk dəfə immunitet rədd edilmədən donuzdan insana böyrək köçürməyi bacarıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkdakı NYU Lanqone sağlamlıq təhsil və araşdırma mərkəzində edilən əməliyyatda böyrəyin genetik olaraq dəyişdirilmiş bir donuzdan alındığı bildirilib.

Donuz hüceyrələrində olan qlikan molekulu orqanizmin insan immun sistemi tərəfindən rədd edilməsinə səbəb olur. Bu molekulu geni dəyişdirilmiş donuzun toxumalarından çıxarmaqla bədənin orqanı rədd etməsinin qarşısı alınıb. Həyat dəstəyi şöbəsindən çıxarılmadan əvvəl, transplantasiya əməliyyatı üçün xəstənin ailəsindən icazə alınıb. Transplantasiyadan sonra, damarlara bağlanan böyrək, tədqiqatçıların müşahidə etməsi üçün üç gün bədənin xaricində saxlanılıb. Böyrək funksiyalarının normal olduğu müşahidə edilərkən, böyrək çatışmazlığı səbəbi ilə xəstənin dəyərlərinin normallaşdığı ifadə edilib. Bu əhəmiyyətli inkişafın, donorların kifayət qədər olmadığı orqan transplantasiyasında heyvan orqanlarının istifadəsinə yol açacağı gözlənilir. Əməliyyat böyrək funksiyası pozulmuş və beyin ölümü olan bir xəstəyə transplantasiya edilib.

Aytac Əliyeva

Digər xəbərlər

Astronomlar ulduzun ətrafında fırlanan "super Yer" kəşf ediblər...

Planetin atmosferi karbon qazı və ya oksigenlə zəngin ola bilər…

Polşa tarixi bir sıçrayış etdi...

Ölkə post-kommunizmin dağıntılarından sonra dünyanın ən böyük 20 iqtisadiyyatından birinə çevrildi…

ABŞ-ın Rusiyanı neft pullarından məhrum etmək üçün hiyləgər planı...

Bessent qiymətlər sabitləşdikdən sonra Rusiya neftinə qarşı sanksiyaların geri qaytarılacağını elan etdi...

Dünya İranı izləyərkən, Ukrayna hücumdadır...

Ukrayna Silahlı Qüvvələri yeni taktikaları uğurla tətbiq edir...

Müttəfiqlər Trampı niyə rədd etdilər?

Avropa Birliyi səhvlərdən qaçmağa çalışır...

ABŞ-ın İrandakı strategiyasının uğursuzluğu...

Polkovnik Vilkerson nüvə müharibəsi riski barədə xəbərdarlıq edir...

“Max” Kremlə qarşı təxribat aktı həyata keçirdi..?

Deyim ki, bu, Rusiyanın dövlət mesajlaşma tətbiqidir..?

Afrikada Rusiya əleyhinə əhval-ruhiyyə artır..?

Ukraynaya qarşı müharibə üçün muzdluların cəlb edilməsi səbəbindən...

“Onların axmaq olduqları ortaya çıxdı...”

Rus generalı İvaşov Putini tənqid etdi... Rusiya “xüsusi hərbi əməliyyat”ın ilk günündə məğlub oldu...