Alimlər milyonlarla insanın vaxtına və puluna qənaət edəcək polimer hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçıların fikrincə, bu texnologiya sayəsində telefon ekranları öz-özünü təmir edəcək.
Çatlamış və sınmış ekranlar bir çox istifadəçinin kabusudur. Kanadanın Konkordiya Universitetindən iki tədqiqatçı bu problemi həll edə biləcək bir üsul hazırlayıb. Tədqiqatçıların işlərinin nəticəsi olaraq özünü təmir edən bir telefon ekranı hazırlanıb. Telefondakı çatlar bir müddət sonra öz-özünə bağlanmağa başlayır. Bu o deməkdir ki, ekranın dəyişdirilməsi yaxın gələcəkdə tarix ola bilər.
Tədqiqat qrupundan Tvinkal Patel “Biz cızıqların otaq temperaturunda tamamilə təmir olunmasına diqqət yetirdik” deyib. İnkişaf etmiş polimer texnologiyasının gələcəkdə batareyaların ömrünü uzada biləcəyi fikri irəli sürülüb.
Rüqəyya Orucova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...