Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir. SİA “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada son sutkada koronavirus (COVID-19) infeksiyasına 371 424 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 849 nəfər vəfat edib. İndiyədək dünyada ümumilikdə 244 085 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 958 907 nəfərə çatıb. Virusa yoluxan 221 152 718 pasiyentin isə həyatını xilas etmək olub. Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya və Böyük Britaniya qərarlaşıb. Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...