PDF Oxu

Dünya

  • 2 860

Əfqanıstanda 8 uşaq acından ölüb

image

Əfqanıstan parlamentinin deputatı Məhəmməd Mohakik ölkənin qərb hissəsində 8 uşağın acından öldüyünü bildirib.SİA bu barədə rus mətbuatına istinad edir.“Yoxsulluq və aclıq Əfqanıstanın qərbində 8 uşağı öldürüb”, – deyə siyasətçi qeyd edib. O, bildirib ki, bu ərazidə ölkənin etnik türk xalqlarından olan xəzərilər yaşayır.Mohakik əlavə edib ki, “Taliban” əvvəlki hakimiyyət kimi xalqı zəruri həyat tərzi ilə təmin etmir. O, beynəlxalq ictimaiyyətə müraciət edərək xəzərlərə (hezarilərə-red) və şiələrə yardım göstərməyə çağırıb.Qeyd edək ki, BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Debora Layons da ötən ay xəbərdarlıq edərək bildirib ki, beynəlxalq ictimaiyyətin yardımı olmasa, ölkədə kütləvi aclıq başlayacaq.

sia.az

Digər xəbərlər

Rusiyalı Z-bloqçu Kremli günahlandırır

...işğal olunmuş ərazilərdə baş verən fəlakətə görə: sakinlər elektrik enerjisinin, suyun çatışmazlığından və “kosmik” qiymətlərdən şikayətlənirlər

Putin seçkilər zamanı məmurlar üçün “müayinə” təşkil edib

Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...

Foreign Policy: Putinin imperiyası sona çatır...

Müharibə getdikcə Rusiyanın "böyüklüyünün" təməlini sarsıdır...

The Telegraph: Bu qərar Putinə baha başa gələ bilər

Yeni səfərbərlik etirazlara səbəb ola bilər...

WSJ: Kim daha güclüdür - Si, yoxsa Tramp?

ABŞ prezidenti tezliklə qətiyyət göstərmək şansına sahib olacaq...

“Putinin kreslosu uğrunda yarış başladı”...

Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...

Putinə əsas siqnal...

Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...

Barbarlar...

Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...