PDF Oxu

Dünya

  • 2 753

ABŞ Sudanda həbs olunanların dərhal azad edilməsini tələb edib

image

Vaşinqton Sudandakı vəziyyətdən narahatdır və hərbçilərdən həbs olunanları dərhal azad etməyi tələb edir. SİA xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karin Jean-Pierre söyləyib.

"Biz əsir düşənlərin dərhal azad edilməsini tələb edirik", deyə Ağ Evin sözçüsü bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar keçid hökumətinin üzvlərinin hərbçilər tərəfindən ələ keçirilməsindən "dərin narahatdır" və "Sudan xalqının dəstəyini" təmin edir.

"Biz Sudan xalqına ən yaxşı şəkildə necə kömək edəcəyimizi qiymətləndirməyə davam edəcəyik", deyib Jean-Pierre.

Xatırladaq ki, Sudan ordusu bazar ertəsi səhər ölkənin baş naziri Abdullah Hamdoku və bir neçə hökumət üzvünü saxlayıb. Sudan Suveren Şurasının rəhbəri Abdel Fəttah əl-Burhan televiziya ilə etdiyi çıxışında ölkə daxilində fövqəladə vəziyyətin tətbiq olunduğunu, nazirlər kabinetinin və başçılıq etdiyi məclisin buraxıldığını və bəzi məqamlara son verildiyini açıqlayıb. O, hakimiyyət mülki hökumətə keçənə qədər ordunun demokratik keçidi davam etdirəcəyini bəyan edib və 2023-cü ilin iyulunda seçkilərin keçirilməsini təmin edəcəyinə söz verib.

Sudanın İnformasiya Nazirliyi hərbçilərin çevrilişə dəstək verməkdən imtina edən Hamdoku naməlum istiqamətə apardığını bildirib. Sudanlı həkimlərin müxalif hərbi komitəsindən verilən məlumata görə, Sudanın paytaxtı Xartumda nümayişçilərə atəş açılması nəticəsində 12 nəfər yaralanıb.

Digər xəbərlər

Ukraynalılar üçün inanılmaz dərəcədə gözəl məlumat..?

Deyirlər ki, ukraynalıların Liviyada artıq ən azı iki hərbi bazası var...

Paşinyan Rusiya ilə vidalaşır..?

İrəvan strateji kursu ilə bağlı qərarını verib...

“Son iki ayda vəziyyət dəyişib...”

Keçmiş MKİ direktoru Ukraynanın uğurlarından danışıb...

Tramp İran məsələsində niyə öz sözünü deməlidir?

ABŞ strategiyası yalnız hərbi əməliyyatlarla məhdudlaşmamalıdır...

ABŞ-ın Aya qayıdışının səbəbi aşkar olub…

Vaşinqton 2028-ci ilə qədər insanları Aya qaytarmağa ümid edir…

Qanunsuz miqrantlar Belarusdan Latviyaya keçməyə cəhd edirlər...

Latviya 2026-cı ildə sərhədi keçmə cəhdlərinin qarşısını almaq üçün yeni gündəlik rekord müəyyənləşdirib...

ISW Putinin reytinqinin aşağı düşməsinin səbəbini açıqlayıb...

Ruslar hökumətin gözlədiyindən daha sərt reaksiya verirlər...

BBC: Orban məğlubiyyətin astanasındadır...

Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...

ABŞ xüsusi təyinatlı qüvvələrinin İrana enişi...

Polkovnik xilas edildi, amma onun adı açıqlanmayıb...

“Bu, Ukrayna üçün çox yaxşı xəbərdir...”

Ukrayna Silahlı Qüvvələri Putini sülhə məcbur etmək üçün daha bir addım atıb...