Dünya

  • 550

15 yüksək vəzifəli məmur və siyasətçi həbs edilib

image

Sudan ordusu bazar ertəsi ən azı 15 yüksək rütbəli məmur və siyasətçini həbs edib. SİA xəbər verir ki, bu barədə ölkənin keçid dövrünün Suveren Şurasındakı məlumatlı mənbəsi informasiya yayıb.

Sudan hərbçiləri bazar ertəsi səhər ölkənin baş naziri Abdullah Hamdoku, eləcə də bir neçə digər hökumət üzvünü saxlayıblar. Sudan keçid Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan, dövlət televiziyasında çıxış edərək ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu, şuranın və ölkə hökumətinin ləğv edildiyini açıqlayıb.

"Hakimiyyət orqanları ən azı 15 yüksək rütbəli məmuru və siyasətçini həbs ediblər", deyə mənbə bildirib.
Onun sözlərinə görə, baş nazirdən başqa, saxlanılanlar arasında ən məşhuru və nüfuzlusu sənaye naziri İbrahim əş-Şeyx, hökumət işləri naziri Xalid Əmrü, informasiya naziri Əhməd Feysəl Saleh və Ali Məclisin üzvüdür.

Baş nazirin tutulması xəbərinin ardınca, Sudanın hərbi hakimiyyəti olan Həmkarlar İttifaqları müxalifəti, ölkə sakinlərini "hərbi çevriliş"-ə müqavimət göstərmək üçün küçələrə çıxmağa çağırıb. Xartumun bir sıra rayonlarında internet kəsilib, hərbçilər şəhərdəki körpüləri bağlayıblar. Küçələrə çıxan nümayişçilər paytaxtın bir neçə küçəsini bağlayıb və təkərləri yandırırlar. Sudan həkimlərindən ibarət müxalifət hərbi komitəsinin məlumatına görə, təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində 12 nəfər yaralanıb.

Qeyd edək ki, ötən həftə Xartum və digər şəhərlərdə hakimiyyətin hərbçilərdən mülki siyasətçilərə verilməsi tələbi ilə etiraz aksiyaları keçirilib. Hakimiyyəti mülki hökumətə təhvil verməli olan Sudan Keçid Suveren Şurasının səlahiyyət müddəti noyabr ayında bitir.

2019-cu ilin aprelində Sudanda dərin iqtisadi böhran və həyat səviyyəsinin aşağı düşməsi fonunda xalq etirazları ilə alovlanan hərbi çevriliş baş verib. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və daha sonra həbs edilib.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Sudan hakimiyyəti ölkədə hərbi çevrilişə cəhdin qarşısını aldıqlarını açıqlayıb. Silahlı qüvvələrin komandanlığından verilən açıqlamaya görə, çevriliş cəhdi iştirakçılarının əksəriyyəti, o cümlədən 21 zabit və çoxlu əsgər saxlanılıb. Sudan hakimiyyəti eks-prezident Ömər əl-Bəşirin tərəfdarlarını qiyamın təşkilatçıları adlandırıb.

Digər xəbərlər