Haiti hakimiyyəti Yamaykaya rəsmi sorğu göndərərək, Haiti prezidenti Jovenel Moisenin qətlində əsas şübhəli olan Mario Antonio Palasiosun ekstradisiyasını tələb edib. SİA xəbər verir ki, bu barədə Haiti mediasında məlumatlar yayılıb.
Qeyd olunur ki, Palasios qətlin təşkilatçısı və ya iştirakçısı hesab edilir, ölkə hakimiyyəti onun çox təhlükəli olduğu barədə xəbərdarlıq edir.
“Haiti Xarici İşlər Nazirliyi rəsmi olaraq Yamayka hökumətindən prezident Jovenel Moizə sui-qəsdlə bağlı istintaq çərçivəsində cənab Mario Antonio Palasiosun Haiti ədliyyəsinə çıxarılmaq üçün ekstradisiyasını xahiş edir”, deyə Haiti hakimiyyəti tələb ünvanlayıb və ölkə hakimiyyətinin tələbi yerli mediada yayımlanıb.
Xatırladaq ki, Haiti prezidenti iyulun 7-nə keçən gecə öz iqamətgahına edilən hücum zamanı ölümcül yaralanıb. Cinayətdən sonra 40-dan çox adam, o cümlədən 18 Kolumbiya vətəndaşı, beş ABŞ vətəndaşı və beş polis əməkdaşı saxlanılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...