Türkiyə Xarici İşlər Nazirliyi şəhid olan Los Anceles baş konsulu Kamal Arıkanın qatili terrorçu Hampiq Sasunyanın üçüncü ölkəyə deportasiyası ilə bağlı açıqlama yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiçin verdiyi açıqlamada, “Öyrənilib ki, Los Anceles baş konsulumuz şəhid Kamal Arıkanın qatili, şərti azadlığa məhkum edilən Hampiq Sasunyan üçüncü ölkəyə deportasiya edilib. Bir daha vurğulayırıq ki, biz bunu səhv hesab edirik və qınayırıq. Aydındır ki, bu cür qərarlar terroru terrorla mübarizə deyil, siyasi məqsədlər üçün istifadə oluna biləcək faydalı alət kimi təbliğ etməyə çalışan dairələrin gündəminə xidmət edəcək. Bu münasibətlə şəhid diplomatımız Kamal Arıkanı və erməni terror təşkilatlarının hücumlarında həyatını itirən bütün şəhidlərimizi bir daha hörmət və rəhmətlə yad edirik".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...