PDF Oxu

Dünya

  • 1 556

Lavrov Türkiyə və Fransanın XİN rəhbərlərilə görüşəcək ROMADA

Lavrov Türkiyə və Fransanın XİN rəhbərlərilə görüşəcək ROMADA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirak etmək üçün gəldiyi Romada şənbə günü Türkiyənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Fransanın xarici işlər nazirləri Jan-İv le Drian ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyəti bildirib.

Bildirilib ki, nazir həmçinin BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli və ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə danışıqlar aparacaq.

Rusiya Xarici İşlər Nazirliyində daha əvvəl bildirildiyi kimi, Lavrovun çinli həmkarı Vanq Yi ilə də danışıqları şənbə gününə planlaşdırılıb.

Qeyd edək ki, G20 sammiti 30-31 oktyabrda Romada keçirilir.

Xatırladaq ki, G20 ən böyük və ən nüfuzlu iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qeyri-rəsmi birliyidir və ABŞ və Kanadanın təşəbbüsü ilə 1999-cu il sammitində 19 ölkənin maliyyə nazirlərinin illik toplantısı kimi yaradılıbdır.

Digər xəbərlər