PDF Oxu

Dünya

  • 1 827

Bağdadın qərbinə 3 raket düşüb

Bağdadın qərbinə 3 raket düşüb

İraqın paytaxtı Bağdad şəhəri raket hücumuna məruz qalıb.

SİA-nın "Shafaq News" portalına istinadən verdiyi məlumata görə, üç raket şəhərin qərbində yerləşən Əl-Mənsur rayonunun ərazisinə düşüb.

Məlumata əsasən, hadisə nəticəsində bir neçə avtomobilə, qeyri-yaşayış obyektinə ziyan dəyib, xəsarət alan olmayıb.

Bildirilir ki, raket hücumunun hədəfi dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona" olub.

Digər xəbərlər