Ağ Ev Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında Romada keçirilən görüşə dair açıqlama yayıb.
SİA-nın məlumatına görə, görüşdə prezidentlərin Cənubi Qafqazda diplomatik səyləri müzakirə etdiyi bildirilib.
“Co Bayden görüşdə konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını effektiv idarə etmək istəyini vurğulayıb. ABŞ Prezidenti Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına iyirmi ilə yaxın müddətdə verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib. Liderlər Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər”, - deyə açıqlamada qeyd olunub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...