PDF Oxu

Dünya

  • 1 734

Rusiya nüvə sazişinin dəyişdirilməsinə qarşı çıxıb

Rusiya nüvə sazişinin dəyişdirilməsinə qarşı çıxıb

Rəsmi Moskva İranla nüvə sazişində istənilən dəyişikliyə qarşıdır. SİA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın sonunadək saziş üzrə danışıqların bərpa olunacağı ehtimalı fonunda söyləyib.

"Əlaqələr fəallaşarsa, görünür, tərəflər sazişin uzadılmasına gəlmək istəyirlər. O, yalnız 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi formada yenilənə bilər. Hər hansı əlavələr, hər hansı geri götürmələr qəbuledilməzdir. Biz bu cür yanaşmanı tam dəstəkləyirik”, deyə nazir jurnalistlərə bildirib.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran razılaşma imzalayıblar. Razılaşma Tehranın nüvə silahı almamasının qarantı kimi İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini ehtiva edirdi. 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp Tehrana qarşı sərt sanksiyaları birtərəfli qaydada geri götürmək və bərpa etmək qərarına gəlib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Digər xəbərlər